Durov: "Telegram" heç vaxt şəxsi yazışmaların bir baytını belə açıqlamayıb" » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:53 Azərbaycanın yeni hərbi prokuroru təyin olunan Bəhruz Əhmədov KİMDİR?  |     17:37 Prezident Bəhruz Əhmədovu Azərbaycan Respublikasının yeni hərbi prokuroru təyin etdi  |     17:23 Lənkəranda adı "Qırmızı kitab"da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb  |     17:07 Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı - VİDEO  |     16:53 Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb  |     16:52 Magistratura imtahanının nəticələri açıqlandı  |     16:46 Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU  |     16:33 Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir  |     16:09 Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş  |     16:08 Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq  |     16:03 Leyla Əliyeva İtaliya səfərindən görüntülər paylaşdı - VİDEO  |     15:50 Beyləqanda 17 tüfəng polisə təhvil verilib  |     15:37 Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib  |     14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |    

Durov: "Telegram" heç vaxt şəxsi yazışmaların bir baytını belə açıqlamayıb"

"Telegram" 12 illik tarixi ərzində şəxsi yazışmaların bir baytını belə açıqlamayıb".

Bu barədə mesencerin həmtəsisçisi Pavel Durov öz bloqunda yazıb.

O xatırladıb ki, mesencer yalnız məhkəmə orderinin olduğu təqdirdə ehtimal olunan cinayətkarların IP-ünvanlarını və telefon nömrələrini açıqlayır. Bu, Avropa rəqəmsal xidmətlər qanununa uyğun olaraq edilir.

Durov, həmçinin 2024-cü ildə Fransada həbs olunduqdan sonra "Telegram"ın Avropa İttifaqının qanunlarına tabe olmağa başlaması barədə məlumatları da şərh edib.

"Dünən Fransanın bir qəzeti iddia etdi ki, keçən yay Fransada həbsim nəhayət "Telegram"ı Avropa qaydalarına tabe olmağa məcbur edib. Bu doğru deyil. "Telegram" həmişə Aİ qanunlarına riayət edib", - deyə o yazıb.

O həmçinin vurğulayıb ki, həbsindən sonra məhz Fransa polisi Avropa qaydalarına riayət etməyə başlayıb, çünki "Rəqəmsal xidmətlər haqqında" qanuna ("Digital Services Act", DSA) uyğun olaraq "Telegram"a qanuni sorğular göndərməyə başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            294 21.04.25 17:37