Volodimir Zelenski: "Ukrayna qələbə planını təqdim edəcək" » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:53 Azərbaycanın yeni hərbi prokuroru təyin olunan Bəhruz Əhmədov KİMDİR?  |     17:37 Prezident Bəhruz Əhmədovu Azərbaycan Respublikasının yeni hərbi prokuroru təyin etdi  |     17:23 Lənkəranda adı "Qırmızı kitab"da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb  |     17:07 Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı - VİDEO  |     16:53 Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb  |     16:52 Magistratura imtahanının nəticələri açıqlandı  |     16:46 Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU  |     16:33 Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir  |     16:09 Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş  |     16:08 Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq  |     16:03 Leyla Əliyeva İtaliya səfərindən görüntülər paylaşdı - VİDEO  |     15:50 Beyləqanda 17 tüfəng polisə təhvil verilib  |     15:37 Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib  |     14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |    

Volodimir Zelenski: "Ukrayna qələbə planını təqdim edəcək"

Oktyabrın 12-də "Ramştayn" formatında 25-ci görüş keçiriləcək və həmin tədbirdə Ukrayna bütün tərəfdaşlarına qələbə planını təqdim edəcək.

Bu barədə məlumat Ukrayna Prezidenti Volodimir Zelenskinin "Telegram" kanalında dərc edilib.

V.Zelenskinin sözlərinə görə, Ukraynanın müharibənin ədalətli sonunu necə yaxınlaşdıracağı ilə bağlı aydın strategiyası var, bu strategiya güc yolu ilə sülhə nail olmaqdan ibarətdir.

"Qələbə planı Ukraynanın lazımi səviyyədə güclənməsini nəzərdə tutur. Bizə dəstək göstərilməsində lider olan ABŞ ilə müzakirələrə başlamışıq, bütün tərəfdaşları bu prosesə cəlb edirik", - deyə V.Zelenski qeyd edib.

"Ramştayn" platforması 50-dən çox ölkənin birliyidir və ukraynalı əsgərləri dəstəkləmək, Ukraynanı qorumaq üçün təsis edilmiş formatdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            711 05.10.24 16:34