Mojo.az Banner
22:59 Tuneldən qopan daşlar avtomobilə ziyan vurub (VİDEO)  |     22:52 Zelenski Uitkoff və Kuşnerlə müzakirə apardı  |     22:46 Futbolçu olmaq istəyənlərin NƏZƏRİNƏ: Seçimlər başlayır  |     22:40 Valideynlərə xəbərdarlıq: Uşaqlarda buna diqqət edin  |     22:31 Suriyada yeni valyuta tədavülə buraxılacaq  |     22:25 Bu ərazilərdə qaz olmayacaq  |     22:18 Saakaşvilinin yaxın adamı DTX tərəfindən saxlanıldı  |     22:10 Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR  |     21:58 "Görüblər ki, uşaq orda bükülü vəziyyətdədir, baş hissəsi yanıb"  |     21:48 Azərbaycanda dövlət qurumları birləşdirilir? - MÜHÜM AÇIQLAMA  |     21:35 Müğənni qardaşını öldürən şəxs hakim qarşısına çıxarıldı  |     21:00 Bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  |     20:53 İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib  |     19:58 Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb  |     19:20 Ukrayna Rostov vilayətindəki neft emalı zavoduna zərbə endirdi  |     19:00 Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı  |     18:57 Sumqayıtda yaşayış binasında yanğın - Xəsarət alan var  |     18:51 "Karvan-Yevlax" futbolçusu ilə yollarını ayırıb  |     17:55 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:52 Yasamalda ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək” - VİDEO

07.01.2021 17:54 2 598
İlham Əliyev: “Peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək” - VİDEO
Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar.

Bu sözləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”, - deyə prezident bildirib.скачать dle 11.3