Yaz depressiyasına daha çox kimlər məruz qalır? - Psixoloqdan AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:07 Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı - VİDEO  |     16:53 Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb  |     16:52 Magistratura imtahanının nəticələri açıqlandı  |     16:46 Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU  |     16:33 Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir  |     16:09 Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş  |     16:08 Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq  |     16:03 Leyla Əliyeva İtaliya səfərindən görüntülər paylaşdı - VİDEO  |     15:50 Beyləqanda 17 tüfəng polisə təhvil verilib  |     15:37 Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib  |     14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |    

Yaz depressiyasına daha çox kimlər məruz qalır? - Psixoloqdan AÇIQLAMA

"Yuxu pozğunluğu və allergiyadan əziyyət çəkən, artıq depressiv epizodları olan, həmçinin dəyişikliklərə həssas olan insanlar yaz depressiyasına daha çox məruz qalırlar".

Bu barədə "RİA Novosti"yə müsahibəsində rusiyalı psixoloq Yelena Mazankina danışıb.

Mütəxəssis qeyd edib ki, əhvali-ruhiyyənin yazda pisləşməsi "sadəcə keçici bir kədər deyil", həmçinin insanın fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən bir vəziyyətdir.

Psixoloq vurğulayıb ki, psixi problemləri, o cümlədən obsesiv-kompulsiv pozuntu (OKP) xəstəliyi olan insanlarda mental problemlər daha da kəskinləşə bilər.

"Qışda işıq və havanın olmaması, oturaq həyat tərzi və vitamin ehtiyatlarının tükənməsi vitamin çatışmazlığına, orqanizmin müdafiə qabiliyyətinin azalmasına və apatiyaya səbəb olur. Bundan əlavə, atmosfer təzyiqinin dalğalanmaları, temperaturun qəfil dəyişməsi və xroniki xəstəliklərin kəskinləşməsi vəziyyəti daha da ağırlaşdırır", - deyə Mazankina bildirib.

Yaz depressiyasının simptomları arasında hərəkətin ağırlaşması, süstlük, zəiflik, intellektin tormozlanması, unutqanlıq, səliqəsizlik, mənfi emosional əhvali-ruhiyyə, həmçinin yuxusuzluq və iştahsızlıq da var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 19.03.25 12:19