Qurban Qurbanov: "Hamının gözü "Qarabağ"da idi" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Cənubi Koreya prezidenti həbsdə qaldı  |     22:55 Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb  |     22:40 Abşeronda dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu  |     22:29 DİN İmişlidəki qəzadan daha bir video yaydı (VİDEO)  |     22:20 "Azersun Holdinq"in rəhbəri Abdolbari Gozal VƏFAT ETDİ  |     22:10 Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO  |     21:49 ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar  |     21:36 Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı  |     21:26 Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir...  |     21:21 133 yaşlı tarixi məktəbin son halı - Burada kimlər təhsil alıblar? (VİDEO)  |     21:03 Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurdular  |     20:48 Abşeronda qəza - ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı  |     19:54 İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb  |     19:48 İlon Mask Los-Anceles merini istefaya çağırıb  |     19:35 İsraildə bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb  |     19:22 80 minlik kiberdələduzluğa məruz qalan Milli Qəhrəman Hökumə Əliyevanın atası hadisənin təfərrüatlarını açıqlayıb  |     19:16 Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik  |     19:11 Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır  |     19:02 Azərbaycanda bir ailənin aylıq xərci 2600 manatı ötüb - MÜQAYİSƏ  |     18:54 İMİŞLİDƏ DƏHŞƏT - Polis əməkdaşının törətdiyi qəzada öz qardaşı uşaqları öldü  |    

Qurban Qurbanov: "Hamının gözü "Qarabağ"da idi"

"Azarkeşlərə təşəkkür edirəm. Komandanı möhtəşəm dəstəklədilər. Onlar daha yaxşı qələbələrə layiqdirlər. Qalib gəldik, amma bizə asan olmadı".

Median.Az
-ın report-a istinadən məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Şimali İrlandiyanın "Linfild" komandasını 2:1 hesabı ilə məğlub edərək, Avropa Liqasının qrupuna düşdükləri pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, bu gün cari avrokubok mövsümündə ən çox sayda qol epizodu yaradıblar: "Futbolçularımızı təbrik edirəm. Sabahkı püşkü gözləməliyik. İndi zəif rəqib yoxdur, hər bir komandanın öz oyun üslubu var. Avrokubokda tək qalmışdıq. Hamının gözü "Qarabağ"da idi. Məqsədimizə çatdıq. Rəqib barədə də yalnız müsbət söz deyə bilərəm. Onlara və baş məşqçilərinə uğurlar arzulayıram".

Qurban Qurbanov hər bir oyunun baş məşqçi üçün önəmli olduğunu bildirib: "Bəlkə, avrokubokda 100-cü matçımdır deyə, soruşursunuz. Mən bütün matçlarda məsuliyyətli oluram. Xayme Romeronu bu gün mərkəzdə oynatdıq, yaxşı təsir bağışladı. İlk dəfə Avropa Liqasında qrupa düşdüyümüzü xatırlayıram. Bir az gözlərim dolmuşdu. Ancaq bu gün artıq təmkinliyəm. Əlbəttə, istənilən ilk ləzzətlidir. Ancaq indi qrupa düşmək baxımından üzərimizdə daha çox təzyiq hiss edirdik. Çünki Çempionlar Liqasında qrupa vəsiqə qazana bilməyəndə, ən azı Avropa Liqasını gözləyirlər. Transferlərə bağlı tənqidləri normal qəbul edirik. Bu, bütün dünyada belədir. Biz daha çox yaradıcı oyunçular axtarırıq. İstənilən halda, bütün transferlərdən razıyıq. Yenə də axtarışdayıq. Son günə qədər reallaşdırmağa çalışacağıq".

Qurbanov Avropa Liqasında qrup mərhələsinin ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini vurğulayıb :

"Bütün komandaların öyrəşdiyi stadionlar olur. Bakı Olimpiya Stadionunda daha çox azarkeş gələ bilir. Ancaq futbolçularımız üçün Tofiq Bəhramov adına Respublika stadionu daha rahatdır. Bəzi nüansları da nəzərə almalıyıq. Qrup mərhələsi üçün "Tofiq Bəhramov"u sifariş etmişik. Yəqin ki, ev oyunlarımızı burada oynayacağıq. Bir milyonum olsaydı rəqibdən kimi alardım? Biz futbolçularla dərindən maraqlanırıq. Bir fikir bildirə bilməyəcəyəm. Bizim futbolçulara isə heç bir təklif olmayıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 403 29.08.19 23:31