Barcelona komandasının futbolçusu Lionel Messinin zədəsi uzun çəkə bilər.
Median.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir ay yaşıl meydanlardan kənar qalacaq. Argentinalı forvard zədə səbəbindən Kataloniya təmsilçisinin ABŞ-dakı təlim-məşq toplanışını və La Liqanın birinci turunu buraxmalı olub.
Qeyd edək ki, Messinin ayaq əzələsində problem var. Barcelona-da Luis Suares, Usman Dembele və qapıçı Neto da zədəlidir.