Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
Median.Az report-a istinadən xəbər verir ki, həftənin açılış matçında "Sumqayıt" "Səbail"i qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:0.
Qarşılaşmada hesabı 10-cu dəqiqədə penaltidən Ağabala Ramazanov açıb. 51-ci dəqiqədə isə Şəhiryar Rəhimov fərqlənib. Matçın 69-cu dəqiqəsində Ramazanov dublunu rəsmiləşdirib.
90+5-ci dəqiqədə "Sumqayıt"ın heyətində Əmir Ağayev penaltidən yararlana bilməyib.
Beləliklə, xalını 6-ya çatdıran "Səbail" 1-ci pilləyə yüksəlib. Növbəti sıralardakı "Qarabağ" və "Sumqayıt"ın 3 xalı var.
Qeyd edək ki, II tura bazar günü keçiriləcək "Sabah" - "Keşlə", "Qarabağ" - "Qəbələ" və avqustun 26-da reallaşacaq "Zirə" - "Neftçi" oyunları ilə yekun vurulacaq.