Azərbaycanın medal qazanmağa sonuncu namizədi Uşanqi Kokauri həlledici görüşdə büdrəyib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla da Azərbaycan cüdoçuları II Avropa Oyunlarının fərdi yarışlarında mübarizəni başa vurub.
Komandamız fərdi yarışlarda beş medal – bir gümüş və dörd bürünc medal qazanıb. Cüdo hələ ki Azərbaycana Minskdə ən çox medal qazandıran idman növüdür.
Qeyd edək ki, sabah cüdo millimiz qarışıq komanda yarışlarına qatılacaq. Komandamızın rəqibi Fransa cüdoçuları olacaq.