Məşhur futbolçu avtomobil qəzasında öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:46 Ermənistan ordusunun azərbaycanlı əsirlərə işgəncələri barədə məhkəmədə ifadələr dinlənilib  |     21:38 Rusiya konsulu "Sputnik Azərbaycan"ın həbsdə olan redaksiya rəhbərliyi ilə görüşüb  |     21:33 Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib  |     21:25 Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb  |     21:18 Ötən ay 17 aptekdə yoxlama aparılıb  |     21:13 Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb  |     21:05 Beyləqanda 16 yaşlı oğlan kanalda batıb  |     21:02 "Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxıldı  |     21:00 FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib  |     20:52 Bəzi ölkələrdən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub  |     20:42 Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək  |     20:34 Rusiya Turizm İttifaqı: Azərbaycana turist axınında azalma yoxdur, qonaqlara münasibət müsbətdir  |     20:29 Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib  |     20:22 Ermənistanda yeni konstitusiya ilə bağlı müzakirələr yenidən başlayır  |     20:17 Naxçıvanda kəlbəcərli məktəb direktoru avtoqəzada ölüb  |     20:10 Əsir götürüldükdən sonra Ermənistana aparılmış şəxs: Məhz azərbaycanlı olduğuma görə işgəncələrə məruz qalırdım  |     20:02 Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı cüzi artıb  |     19:57 Sabah hava yağmursuz olacaq  |     19:49 Azərbaycanda nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb  |     19:43 Təbiətə 63 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb  |    

Məşhur futbolçu avtomobil qəzasında öldü

“Arsenal”, “Real”, “Sevilya” klublarının və İspaniya yığmasının heyətində çıxış edən sabiq yarımmüdafiəçi Xose Antonio Reyes ölüb.

“Sevilya” klubunun “Twitter” hesabında yer alan xəbərə görə, 35 yaşlı futbolçu avtomobil qəzasında dünyasını dəyişib.

X.Reyes “Sevilya”nın uşaq komandasına 10 yaşından qoşulub, birinci komandada isə ilk debütü 16 yaşında olub.

2004-cü ildə ispaniyalı “Arsenal”a keçib və komandaya İngiltərə çempionatını qazanmaqda yardımçı olub. Daha sonra Reyes kirayə əsasında Madridin “Real” klubunda çıxış edib. 2007-ci ildə “Arsenal” onu “Atletiko”ya satdı və Reyes bu klubun heyətində iki dəfə Avropa Liqasının qalibi olub.

2012-ci ildə yarımmüdafiəçi “Sevilya”ya qayıdıb və daha üç dəfə Avropa Liqasının qalibi olub. Onun son klubu “Estremadura” olub. Yarımmüdafiəçi İspaniya yığmasının heyətində 21 dəfə meydana çıxıb, dörd qol vurub. 2006-cı ildə keçirilən Dünya Çempionatında iştirak edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 055 01.06.19 17:15