UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün digər iştirakçısı - “Çelsi” klubunun futbolçuları mayın 27-də Bakıya yola düşüblər.
“Çelsi” klubunun “Twitter” səhifəsində xəbər verir ki, futbolçular təxminən saat 22:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaqlar.
Xatırladaq ki, “Arsenal” komandası artıq Bakıdadır.
“Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə “Arsenal” komandası ilə üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.