Qış transfer pəncərəsi dövründə "Latsio"dan "Yuventus"a keçən Martin Kasereslə bağlı maraqlı iddia ortaya atılıb.
Median.Az komanda.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatı Kaseresi Yaponiyanın "Vissel Kobe" klubunun da transfer etmək istədiyini iddia edib.
Xəbərdə heyətində Andres İnyesta və Lukas Podolski kimi futbolçuları olan Yaponiya təmsilçisinin Kaseresə illik 9 milyon avro məvacib alacağı müqavilə təklif etdiyi bildirilib. Lakin uruqvaylı müdafiəçi Çempionlar Liqasını qazanmaq üçün "Yuventus"u seçib.
Kaseres daha əvvəl "Barselona" ilə, 2008/09 mövsümündə Çempionlar Liqasının qalibi olub.
31 yaşlı müdafiəçi "Yuventus"la mövsümün sonuna qədər müqavilə imzalayıb.