Azərbaycan Fiqurlu Konkisürmə Federasiyası amerikalı idmançını milliləşdirib.
Median.Az xəbər verir ki, bu, 14 yaşlı Beverli Vudendir.
Beləliklə, ötən il ABŞ-da Olimpiya medalı qazanmağa namizəd göstərilən Beverli Vuden ilk sınağını bu ay verəcək. O, fevralın 20-23-ü tarixlərində İsrailin Elat şəhərində keçiriləcək “Open Ice Mall Cup” turnirində iştirak edəcək.
20 ölkənin nümayəndələrinin yarışacağı bu turnirdə millimiz daha üç legionerlə təmsil olunacaq. Bunlar 15 yaşlı rusiyalı Yekaterina Ryabova, 18 yaşlı Vladimir Litvintsev, eləcə də 20 yaşlı amerikalı Morqan Fladdır. İlk iki idmançı ötən ay Belarusun paytaxtı Minskdə keçirilmiş böyüklərin Avropa çempionatında Azərbaycanı təmsil edib.
Qeyd edək ki, sözügedən yarış böyüklər (seniors), yeniyetmələr (juniors) və təcrübəsizlər (novices) arasında keçiriləcək.