Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyaya yollanıb.
Vaqif Şirinovun rəhbərlik etdiyi milli komanda Kabarda-Balkar Respublikasının (Rusiya) paytaxtı Nalçikdə yoxlama görüşləri keçirəcək.
Boksçularımız üç qarşılaşmada qüvvəsini sınayacaq. Bu döyüşlər fevralın 5-6-na təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.
Məşqçilər korpusu yoxlama döyüşlərində Yadigar Əliyev (-49 kq), Elvin Məmişzadə (-52 kq), Əflatun Babayev (-56 kq), Ruslan Rüstəmov (-60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi -64 kq), Nicat Həsənov (-69 kq), Amin Kuşkov (-75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi -81 kq), Rövşən Yaqubzadə (-91 kq) və Sadiq Səmədova (+91 kq) şans verəcək.
Qeyd edək ki, komandamız fevralın 7-də Vətənə qayıdacaq.