Paşinyana “like” qoyan Azərbaycan futbolçusu üzr istədi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Bakıda "Formula-1"ə görə bağlanan bütün yollar açıldı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:33 KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək  |     22:16 Britaniyalı supermodel: Bakı səfərim əla keçdi  |     22:07 ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq etdi  |     21:55 Azərbaycan Rusiyaya nota verdi  |     21:45 İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı - VİDEO  |     21:38 Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilində məktəbə velosipedlə gediblər  |     21:27 Moldovada Prezident Sandu canlı efirdə olarkən zəlzələ baş verib - VİDEO  |     21:13 Bu bürclərin atdığı hər addım şansla dolu olacaq  |     21:05 Qaynar çay içənlərə XƏBƏRDARLIQ: Dil xərçənginə səbəb olur  |     20:43 Gürcüstan - Rusiya sərhədi bağlanacaq  |     20:24 Ağdamda 18 yaşlı oğlan HƏMYAŞIDINI BIÇAQLADI  |     20:00 Rumıniyada zəlzələ baş verdi  |     19:13 Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək  |     18:51 "Milan"ın ulduzu dörd ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq  |     17:58 Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman  |     17:13 Bəzi rayonlarda hava qeyri-sabit keçəcək, temperatur 3-6 dərəcə aşağı enəcək  |     16:41 Azərbaycan Tibb elminə ağır itki üz verib  |    

Paşinyana “like” qoyan Azərbaycan futbolçusu üzr istədi - FOTO

Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığma komandasının üzvü Renat Dadaşov Ermənistan baş naziri Nikol Paşinyanın fotosuna qoyduğu “like”dan danışıb.

Median.Az
Azerisport.com-a istinadla xəbər verir ki, foto Almaniyada yaşayan erməni reper Levo tərəfindən “Instagram”da paylaşılıb.

Daha sonra Dadaşov “like”nı silib.

“Mən Levo ilə bir məktəbdə oxumuşam. Mən onun kim olduğunu bilmirdim. Nə etdiyimi bilmədim. Bizim məktəbdə almanlarla yanaşı, türklər, ermənilər, ruslar və digər millətlərdən olan insanlar oxuyurdu. Bizim ortaq dostlarımız vardı. Bu foto mayda yerləşdirilib. Mən bu gün gördüm ki, “like” qoymuşam.

Bunu etməməli idim. Bu münaqişənin tarixini yaxşı bilirəm və bunu başa düşürəm”, - Dadaşov bildirib.

Bu məsələnin onun millidəki çıxışına təsirindən qorxub-qorxmadığı ilə bağlı suala cavab verən futbolçu qeyd edib ki, etdiyi əməldən çox peşmandır:

“Təkrar edirəm ki, bu təsadüfən olub və mən çox peşmanam. Mən azərbaycanlıyam və bununla fəxr edirəm”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 697 04.10.18 16:50