Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IX tur keçiriləcək.
Dünən ABŞ üzərində ilk məğlubiyyətini almaqla, liderliyini itirən kişi millimiz bu gün dünya reytinqində III sırada olan Çinlə qarşılaşacaq.
Dünya reytinqində IV sırada olan millimiz və Çin hazırda Olimpiadanın turnir cədvəlində 13 xala malikdir. Lakin əlavə göstəricilərə görə millimiz III, Çin isə VI yerdədir. Komandamız liderlər qrupundan qopmamaq üçün bu görüşdə qələbə qazanmalıdır.
Şəhriyar Məmmədyarov (ağ) – Liren Dinq
Teymur Rəcəbov (qara) – Yanqyi Yu
Arkadi Naydiç (ağ) – Yi Vey
Eltac Səfərli (qara) – Şianqji Bu
Qadın millimiz də bu tur ciddi sınağa çıxacaq. 13 xalla V sırada olan yığmamız dünya reytinqində və hazırkı Olimpiadanın turnir cədvəlində II pillədə olan Ukrayna ilə qarşılaşacaq.
Günay Məmmədzadə (ağ) – Anna Muzıçuk
Xanım Balacayeva (qara) – Mariya Muzıçuk
Gülnar Məmmədova (ağ) – Anna Uşenina
Ülviyyə Fətəliyeva (qara) – Yuliya Osmak
Qeyd edək ki, Şahmat Olimpiadası 11 turdan ibarətdir.//oxu.az