Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ikinci günə start verilib.
BBu gün iki idmançımız mübarizəyə qoşulub.
Monqolustandan olan qadın idmançımız Buyanxişiq Purevsuren (52 kq) 1/32 finalda britaniyalı Çelsi Qilzə 80 saniyəyə ipponla uduzub.
66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə isə 1/32 finalda misirli rəqibini məğlub etsə də, 1/16 finalda braziliyalı Daniel Karqninə ipponla məğlub olub./oxu.az