“Mənə sponsor tapılmır” - Şəhriyardan şok açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:53 Zakir Həsənov Qazaxıstana getdi  |     12:31 Azərbaycanda 17 yaşlı gənc doğuşa girdi: Körpəsi öldü (YENİLƏNİB)  |     12:29 Azərinin "bozqurd" işarəsinə Ərdoğandan REAKSİYA - VİDEO  |     12:26 Bakıda qrilin içindən qurd çıxdı - VİDEO (YENİLƏNİB)  |     12:23 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb - VİDEO  |     12:22 Azərbaycanda tut ağaclarında kütləvi xəstəlik yayılıb  |     12:20 Hərbçi arvadını öldürən ərə HÖKM OXUNDU  |     12:19 Bakıda usta 3-cü mərtəbədən yıxılıb  |     12:18 Bakıda iki qadın xəstəxanalıq oldu  |     12:17 Səhər saatlarında Bakı metrosunda problem yarandı  |     12:15 Bağçalara ərizələrin onlayn qeydiyyatı başlayır  |     12:12 İli köhnə olan avtomobilləri taksi kimi qeydiyyatdan keçirmək mümkündür? - RƏSMİ(VİDEO)  |     12:09 Nərimanov parkının gecə GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:55 İtaliyada it evə qayıtmaq üçün kilometrlərlə üzərək dənizi keçib  |     11:50 Geyim üstündə bıçaqlanma: "Banditə oxşayırsınız"  |     11:45 İstirahət mərkəzində bədbəxt hadisə - VİDEO  |     11:43 Müasir janrlarda musiqi yazan süni intellekt yaradıldı  |     11:41 Respublikaçılar ABŞ tarixində ən böyük miqrant deportasiyasını həyata keçirəcəklər  |     11:22 Çimərlikdə qadınların əşyalarını oğurlamaqda şübhəli bilinən 66 yaşlı şəxs saxlanılıb  |     23:03 Kirayə evdə gizli kameranın olmasını harada yoxlamaq olar? - Şəxsi detektivdən məsləhət  |    

“Mənə sponsor tapılmır” - Şəhriyardan şok açıqlama

ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup” turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmamasından şikayətlənib.

Median.Az
xəbər verir ki, o, Maqnus Karlsenlə 5 saatlıq dueldən sonra böyük turnirlərdə pula görə çıxış etməsindən şikayətlənib. O, bu haqda öz sosial şəbəkə hesabında yazaraq şikayətini dilə gətirib. Həmin yazını təqdim edirik:

"Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən – Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 598 27.08.18 13:41