“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ikinci sevimli idman növünü açıqlayıb.
33 yaşlı forvardın fikirlərini “O Bola” nəşri yayımlayıb.
“Qaydasız döyüş çempionatı (UFC) çox xoşuma gəlir, döyüşlərə baxmağı sevirəm. Həmçinin tennis və basketbola baxıram. Pinq-ponq ikinci sevdiyim idman növüdür. Onu yaxşı bacarıram”, - Ronaldu deyib.
Portuqaliyalı UFC döyüşçüləri olan irlandiyalı Konor Makqreqor və rusiyalı Habib Nurmaqomedovla dostluq əlaqələri saxlayır. Ronaldu fevralda rusiyalı döyüşçü ilə görüşüb.
Ronaldu beş dəfə “Qızıl top”un sahibi olub. Həmçinin forvard beş dəfə Çempionlar Liqasının finalının qalibi və Portuqaliya yığmasının tərkibində Avropa çempionu titulunun sahibi olub.