Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:32 Otellərin "ulduz fırıldaqçılığı": Məqsəd nədir?  |     22:28 Velosiped və skuterlər bu hallarda cərimələnir  |     22:22 “Lufthansa” yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələnib  |     22:15 "Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb  |     22:10 Cəlilabadın Göytəpə şəhərində səkkiz küçəyə şəhid adı verilib  |     22:04 Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb  |     21:59 Ağdamın üç kəndində tikinti işləri tamamlanmaq üzrədir  |     21:50 Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub  |     21:44 Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib  |     21:37 Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı azalıb  |     21:29 "Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub  |     21:23 Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, şübhəlilər saxlanılıb  |     21:16 Nəsimi rayonunda narkotik əməliyyatı: Üç nəfər saxlanıldı - VİDEO  |     21:09 KİV: İranın qanunsuz neft satışından gəliri 200 milyard dollara çatıb  |     21:05 Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir  |     20:52 Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     20:47 Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib  |     20:30 Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb  |     20:18 Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb  |     19:41 Azərbaycanda zəlzələ oldu  |    

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirildi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.

Turun ilk oyun günündə üç görüş olub. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 3:2 hesablı qələbəyə nail olublar.

Portuqaliyada “Benfika” Yunanıstanın PAOK klubu üzərində qələbəni əldən verib. Tərəflər hərəyə bir dəfə fərqləniblər.

Serbiyada "Srvena Zvezda” ilə Avstriyanın “Zaltsburq”u arasındakı görüşdə isə hesab açılmayıb.

Mərhələnin digər üç qarşılaşması - “Ayaks” - “Dinamo Kiyev”, “Vidi” - AEK, “Yanq Boyz” - “Dinamo Zaqreb” avqustun 22-də baş tutacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də və 29-da keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 482 22.08.18 12:15