Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ”ın BATE ilə cavab oyununa hakim təyinatları açıqlanıb.
Matçı Latviya Futbol Federasiyasından Andris Treymanis idarə edəcək.
Onun köməkçiləri Harald Qudermanis, Aleksey Spasyonnikov və Aleksandr Qolubev olacaq. Françesko Byanki (İsveçrə) hakim-inspektor, Yorqos Fantaros (Kipr) isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bu görüş avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun 13 minlik “Borisov-Arena”da baş tutacaq.