Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Azərbaycan çempionu “Qarabağ”ı da maraqlandıran püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
“Qarabağ” Belarus çempionu BATE-ni keçəcəyi halda, səpələnməmişlər cütünün üzvü kimi daha güclü rəqiblə üz-üzə gələcək. Bir şərtlə ki, səpələnmişlər cütündə nisbətən zəif komandalar sensasiya yaratmasın.
Çempionlar Yolu
Səpələnmişlər
“Zalsburq” (Avstriya)/“Şkendiya” (Makedoniya)
PSV (Hollandiya)
“Seltik” (Şotlandiya)/AEK (Yunanıstan)
“Astana” (Qazaxıstan)/“Dinamo” (Xorvatiya)
Səpələnməmişlər
“Qarabağ” (AZƏRBAYCAN)/BATE (Belarus)
“Yanq Boyz” (İsveçrə)
“Malmö” (İsveçrə)/“Vidi” (Macarıstan)
“Srvena Zvezda” (Serbiya)/“Spartak” (Slovakiya)
Çempion olmayan ÇL iştirakçılarının (Liqa Yolu) səbətləri isə belə bölünüb.
Liqa Yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)/“Fənərbaxça” (Türkiyə)
“Slaviya” (Çexiya)/“Dinamo” (Ukrayna)
Səpələnməmişlər
“Standard” (Belçika)/“Ayaks” (Hollandiya)
PAOK (Yunanıstan)/“Spartak” (Rusiya)
Qeyd edək ki, UEFA qaydalarına əsasən, Rusiya və Ukrayna klubları bir-birləri ilə düşə bilməz. Buna görə “Benfika” (Portuqaliya)/“Fənərbaxça” (Türkiyə) cütü pley-offda PAOK (Yunanıstan)/“Spartak” (Rusiya) cütü ilə, “Slaviya” (Çexiya)/“Dinamo” (Ukrayna) cütü isə “Standard” (Belçika)/“Ayaks” (Hollandiya) cütü ilə qarşılaşacaq.
Sadəcə, püşkatma zamanı ilk oyunun harada keçirilməsinə aydınlıq gətiriləcək./oxu.az