Azərbaycanlı güləşçilər yeddi medal qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |    

Azərbaycanlı güləşçilər yeddi medal qazandı

Sərbəst güləş üzrə Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandaları Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnirin ikinci günündə yeddi medal qazanıblar.

Güləşçilərimiz günü bir qızıl, bir gümüş və beş bürünc medalla başa vurub.

Sərbəst güləşçilərin yarışında 79 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı Kyle Dake olub.

Həlledici görüşü uduzan İbrahim Yusubov turnirin gümüş medalına yiyələnib. Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79 kq) isə bürünc medal qazanıb.

Qadın güləşçilərin yarışında isə Anjela Doroqan (53 kq) Türkiyə idmançısı ilə qarşılaşdığı final görüşünü qələbə ilə başa vurub və turnirin qızıl medalını qazanıb. Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medala sahib olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 359 30.07.18 13:19