Nazir oğlu açıqladı: "Formula 1 yarışları daha 5 il keçirilə bilər" - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:13 İsrail 55 fələstinlini azad edib  |     18:55 Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq  |     18:33 Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıblar  |     18:25 Kreml: Putin Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır  |     18:01 Azərbaycan və İsrail XİN rəhbərləri telefonla danışdı  |     17:55 Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlandı  |     17:40 İşğaldan azad olunan ərazilərə bu günə qədər ayrılan vəsaitin həcmi AÇIQLANDI  |     17:32 Tanınmış aparıcı "Space"dən getdi  |     17:28 Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarılıb  |     17:25 DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı  |     16:44 Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri növbəti dəfə görüşüblər  |     16:19 Bəzi rayonlarda gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib  |     15:43 Antalya hava limanında beynəlxalq reyslər kütləvi şəkildə təxirə salınır  |     15:23 SOCAR-dan Gürcüstan yığmasına görə jest - Yanacaq 2 lari oldu  |     15:20 Dövlət qurumu məktəb direktorunu cərimələdi: Məhkəmə olacaq - FOTO  |     15:18 Həbib Nurməhəmmədovun hesablarına həbs qoyuldu  |     15:17 Sumqayıtda hündürlükdən yıxılan uşaq ölüb  |     15:16 Taksi fəaliyyəti üçün neçə sürücü icazə alıb? - AYNA-dan son rəqəmlər  |     15:10 Xızıda 18 yaşlı qız itkin düşüb - FOTO  |     15:05 Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu: Dördünə həbs, birinə cərimə kəsildi (Yenilənib)  |    

Nazir oğlu açıqladı: "Formula 1 yarışları daha 5 il keçirilə bilər" - RƏSMİ

İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisinin Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb–artırılmamasına təşkilatçılar qərar verməlidir. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib.

O deyib ki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: 

"Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir. Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq. Düşünürəm ki, Formula 1 bizim üçün çox şey edib. Amma bildiyimə görə bu layihə nəinki bizim üçün, elə Formula 1 üçün də maraqlıdır. Eyni zamanda azarkeşlərin də Azərbaycan Qran-Prisinə maraqları böyükdür. Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 972 30.04.18 14:48