İspaniya klubları “Qarabağ”ı sıxışdırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:31 Koreya prezidentinin ölkədən kənara çıxmasına qadağa qoyula bilər  |     21:25 Xarici maşınları yoxlamaq üçün yaradılacaq "VİN kod" axtarış sistemi nə vaxtdan işləyəcək? (VİDEO)  |     21:18 Qramla satılan ətirlərin təhlükəsi: Bir çox xəstəliklər yarana bilər  |     21:13 "Milan"ın futbolçusu zədə səbəbindən bu ilin sonuna qədər sıradan çıxıb  |     21:04 “Time” jurnalı "İlin adamı" adına namizədləri açıqlayıb  |     20:58 Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib  |     20:47 Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib  |     20:42 “Haber Global”: Türkiyə-Suriya sərhədində qələbəlik yaşanır  |     20:36 ABŞ səfiri Gəncədə Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib  |     20:30 KİV: Suriyada qadınların hicab taxmağa məcbur edilməsi qadağan olunub  |     20:23 Ötən həftə azad olunan torpaqlarda 768,4 hektar ərazi minalardan təmizlənib  |     20:18 KİV: Suriyanın bəzi şəhərlərində komendant saatı tətbiq edilib  |     20:09 Sumqayıtda qadının yeddi min manatı oğurlanıb  |     20:01 Qazaxıstan XİN: Suriya üzrə danışıqların Astana formatının taleyi sual altındadır  |     19:54 Türkiyənin Gürcüstanla sərhəd bölgəsində torpaq sürüşməsi olub, magistral yol bağlanıb  |     19:45 Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır  |     19:39 "Botafoqo" klubu 29 ildən sonra Braziliya çempionu olub  |     19:32 Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb  |     19:18 Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb  |     19:11 Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir  |    

İspaniya klubları “Qarabağ”ı sıxışdırıb

Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA sıralaması bəlli olub.

Oxu.az xəbər verir ki, Çempionlar Liqasının dörd, Avropa Liqasının səkkiz görüşü cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Bu siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son beş mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabağ” üç pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.

Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.

Qeyd edək ki, digər komandalarımızın mövqeləri dəyişməz qalıb.

İlk “onluq”

1. “Real” (İspaniya) – 153,000

2. “Atletiko” (İspaniya) – 128,000

3-4. “Barselona” (İspaniya) – 127,000

“Bayern” (Almaniya) – 127,000

5. “Yuventus” (İtaliya) – 124,000

6-7. PSJ (Fransa) – 109,000

“Sevilya” (İspaniya) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 100,000

9. “Borusiya” (Dortmund, Almaniya) – 88,000

10. “Portu” (Portuqaliya) – 86,000

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000

67. “Astana” (Qazaxıstan) – 21,750

68-69. “Feyenoord” (Hollandiya) – 21,500

“Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. “Selta” (İspaniya) - 20,542

“Real Sosyedad” (İspaniya) - 20,542

“Betis” (İspaniya) - 20,542

73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

“Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. “Trabzonspor” (Türkiyə)– 18,000

77. “Dinamo” (Xorvatiya) – 17,500

78-80. “Partizan” (Serbiya) – 17,000

“Everton” (İngiltərə) – 17,000

“Slovan” (Çexiya) – 17,000

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 719 09.03.18 11:58