İki futbol klubumuz avrokuboklardan imtina etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

İki futbol klubumuz avrokuboklardan imtina etdi

Növbəti mövsüm iki futbol klubumuzun avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşib.

Median.Az-a “Kəpəz” klubundan verilən məlumata görə, Gəncə təmsilçisi 2018/2019 mövsümündə avrokuboklarda iştirak etmək üçün AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət etməyib.

Buna səbəb komandanın Premyer Liqada autsayder olmasıdır. Hazırda “Kəpəz” turnir cədvəlində yeddi xalla sonuncu pillədədir. Komandanı avrokuboklara vəsiqə verən IV pillədən 13 xal ayırır. Üstəlik, “Kəpəz” Avropa Liqasına vəsiqə verən ölkə kubokunda mübarizəni dayandırdığından klub avrokuboklar üçün lisenziya almağın mənasız olduğu və buna görə də ora müraciət etməmək qərarına gəlib.

Qeyd edək ki, növbəti mövsüm avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşmiş olan klub “Səbail”dir. UEFA qaydalarına görə, klub yaranmasından üç il keçdikdən sonra avrokuboklarda iştirak edə bilər. “Səbail” isə 2016-cı ildə yaradılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 210 22.01.18 12:37