Keçmiş Mütləq Döyüş Çempionatının (UFC) qalibi Demetrius Conson oktaqona qayıtmaq üçün ona təklif olunan iki milyon dollardan imtina edib.
Bu barədə 38 yaşlı amerikalı özünün "X" hesabında özü məlumat paylaşıb.
"Döyüş üçün mənə 2 milyon dollar təklif etdilər! Bundan imtina etdim, çünki daha döyüşmək istəmirəm", - deyə o bildirib.
Conson UFC-də 11 titul müdafiə edib, bu göstərici üzrə rekorda sahibdir. Amerikalı döyüşçü sentyabrın əvvəlində karyerasını bitirdiyini elan edib.