Türkiyənin Trabzon vilayətinin turizm mərkəzi olan Uzungöldə hotel və turizm operatoru Mehmet İnan öz biznesi üçün dünyaca məşhur portuqaliyalı futbolçu Kriştianu Ronaldunun mum heykəlini düzəltdirib.
Bu barədə "Haber Global" məlumat yayıb.
İş adamı Ronaldunu Uzungölə dəvət edib. O, heykəli xüsusilə Körfəz ölkələrindən gələn ziyarətçilərin və müştərilərin diqqətini çəkmək üçün hazırlayıb.
"İstirahət edənlər və bölgəyə gələn qonaqlar Ronaldunun mum heykəlini ilk baxışdan gerçək olduğunu düşünürlər. Müştərilər yalnız yaxından baxdıqda bunun reallıq olmadığını fərq edirlər, heykəllə xatirə şəkli çəkdirirlər," - İnan bildirib.