Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 48-ci yığma komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır.
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bunu Millətlər Liqasında Şotlandiyaya qarşı oyunda reallaşdırıb.
Qarşılaşmanın 7-ci dəqiqəsində hesabda geri düşən Portuqaliya yğması sonradan 2 qol vuraraq əzmkar qələbə qazanıb. Qollardan birini məhz "Əl-Nəsr"in ulduzu 88-ci dəqiqədə rəqib qapısından keçirib.
Bu onun karyerasında 901-ci qol olub.
Qeyd edək ki, Portuqaliya - Şotlandiya matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.