Fransa millisi ilə dünya çempionu olan Adrian Rabyo yenidən Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər.
Median.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Əl-Nəsr" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Klub oyunçuya bir mövsüm üçün 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rabyo son olaraq İtaliyada "Yuventus"un uğurları üçün çalışıb. O, daha əvvəl Ronaldu ilə Turin təmsilçisində komanda yoldaşı olub. Futbolçu 2018-ci ildə Fransa yığması ilə dünya çempionatının qızıl medalına sahib çıxıb.