"Bavariya"nın hücumçusu Harri Keyn UEFA çempionatları arasında hər il ən çox qol vuran oyunçuya verilən "Qızıl buts" mükafatını qazanıb.
Bu barədə sport-express.ru məlumat yayıb.
Harri Keyn 2023/24 mövsümündə Almaniya Bundesliqasında 32 oyunda 36 qol vurub. O, ötən yay İngiltərənin "Tottenhem" klubundan "Bavariya"ya transfer olunub.
İkinci yeri "Ştutqart"ın hücumçusu Seru Qirassi tutub və o, Bundesliqada 28 qol vurub.
Üçüncü pillədə isə Fransanın PSJ komandasının hücumçusu Kilian Mbappe qərarlaşıb. O, Liqa 1-də 29 oyunda 27 qol vurub.
Qeyd edək ki, "Qızıl buts" mükafatı 1968-ci ildən təqdim olunur. Bu mükafatı ən çox qazanan (6 dəfə) futbolçu isə "İnter Mayami"nin hücumçusu Lionel Messidir.