"Osiyek"in erməni futbolçusu Stepa Mkrtçyan komandasının UEFA Konfrans Liqasında "Zirə" ilə cavab oyunu üçün Bakıya gəlməyəcək.
Qərar Xorvatiya klubunun rəhbərliyi tərəfindən qəbul edilib. Buna səbəb olaraq isə təhlükəsizlik məsələləri göstərilib.
"Zirə" klubu isə bu günə qədər Azərbaycanda keçirilən idman tədbirlərində Ermənistan nümayəndələrinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu bildirib.
Xatırladaq ki, mərkəz müdafiəçisi Stepa Mkrtçyan "Zirə" ilə Xorvatiyadakı ilk oyunda əsas heyətdə yer alıb və 63 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Zirə" - "Osiyek" görüşü avqustun 15-də keçiriləcək. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.