Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bilinəcək.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.
Çempionlar yolu:
Səpələnmişlər:
"Dinamo" (Zaqreb, Xorvatiya);
"Srvena Zvezda" (Serbiya);
"Malmö" (İsveç) - PAOK (Yunanıstan);
"Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan);
"Yanq Boyz" (İsveçrə).
Səpələnməmişlər:
"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan);
"Qalatasaray" (Türkiyə);
"Slovan" (Slovakiya) - APOEL (Kipr);
"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç);
"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya).
Liqa yolu:
Səpələnmişlər:
"Dinamo" (Kiyev, Ukrayna) - "Reyncers" (Şotlandiya);
"Slaviya" (Çexiya) - "Yunion" (Belçika).
Səpələnməmişlər:
"Lill" (Fransa) - "Fənərbağça" (Türkiyə);
"Zaltsburq" (Avstriya) - "Tvente" (Niderland).
Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.