"Ermənistan 2027-ci ildə MDB Oyunlarına ev sahibliyi etməyə hazır deyil".
Bu barədə Ermənistanın təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Qiloyan bildirib.
İttifaq ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının Gümrüdə keçirilən forumunda o bildirib ki, bu müddət ərzində ölkədə artıq bir sıra iri idman tədbirlərinin - gimnastika üzrə Avropa çempionatının, ağır atletika üzrə dünya çempionatının, ümumerməni oyunlarının və s. keçirilməsi nəzərdə tutulub.
//TASS