Azərbaycanın Avropa çempionu: “Rəqibim təcrübəli idi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |     14:49 Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB  |     14:32 Sumqayıtda yaşayış binasında yanğın olub, xəsarət alan var  |     14:31 DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ  |     14:08 Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundular (YENİLƏNİB)  |     14:01 Azərbaycanda qrip əleyhinə əlavə vaksinə ehtiyac var? - Səhiyyə Nazirliyi AÇIQLADI  |     14:00 Ermənistanda məhbus öz dilini kəsib  |     13:58 Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək  |    

Azərbaycanın Avropa çempionu: “Rəqibim təcrübəli idi”

“Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Nihat Məmmədli Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında deyib.

60 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı zədə səbəbindən yarışa istədiyi kimi hazırlaşa bilmədiyini söyləyib:

“Reytinq turnirində zədə almışdım. Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. Müəyyən çətinliklər olsa da, həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik”.

Onun sözlərinə görə, finalın ağır keçəcəyi əvvəldən bəlli idi:

“Çünki rəqibim çox təcrübəli idi. Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qalib gəldim. Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını üç qızıl, iki gümüş və bir bürünc medalla başa vurublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 038 15.02.24 20:23