DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Cənubi Koreya prezidenti həbsdə qaldı  |     22:55 Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb  |     22:40 Abşeronda dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu  |     22:29 DİN İmişlidəki qəzadan daha bir video yaydı (VİDEO)  |     22:20 "Azersun Holdinq"in rəhbəri Abdolbari Gozal VƏFAT ETDİ  |     22:10 Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO  |     21:49 ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar  |     21:36 Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı  |     21:26 Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir...  |     21:21 133 yaşlı tarixi məktəbin son halı - Burada kimlər təhsil alıblar? (VİDEO)  |     21:03 Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurdular  |     20:48 Abşeronda qəza - ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı  |     19:54 İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb  |     19:48 İlon Mask Los-Anceles merini istefaya çağırıb  |     19:35 İsraildə bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb  |     19:22 80 minlik kiberdələduzluğa məruz qalan Milli Qəhrəman Hökumə Əliyevanın atası hadisənin təfərrüatlarını açıqlayıb  |     19:16 Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik  |     19:11 Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır  |     19:02 Azərbaycanda bir ailənin aylıq xərci 2600 manatı ötüb - MÜQAYİSƏ  |     18:54 İMİŞLİDƏ DƏHŞƏT - Polis əməkdaşının törətdiyi qəzada öz qardaşı uşaqları öldü  |    

DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və Fransaya casusluqda ittiham olunan Martin Rayan və Azad Məmmədlinin cinayət işinin məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.

Qeyd edək ki, prosesdə yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Rayan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Rayan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.

Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.

İttihama görə, Fransa vətəndaşı Martin Rayan özünü qismən təqsirli bilib.

Təqsirləndirilən şəxslər - Martin Rayan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Növbəti proses fevralın 19-da davam edəcək.

Qeyd edək ki, Martin Rayan 1988-ci ildə Fransada anadan olub, ali təhsillidir. O, Fransada Monpelye Universitetinin beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət ixtisasını bitirib, əvvəllər məhkum olunmayıb.

Martin Rayan Azərbaycanda sahibkarlıq və Fransız şərablarının idxalı ilə məşğul olub.

Digər təqsirləndirilən şəxs Azad Məmmədli isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. O, 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas işləyib. 2023-cü ildə bir müddətlik Böyük Britaniyaya köçüb. Vətənə qayıdandan 2 ay sonra həbs olunub.

İttihama görə, Martin Rayan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.

Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin "dövlətə xəyanət" ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 07.01.25 14:31