Rimas Kurtinaytis: “Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |     14:49 Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB  |     14:32 Sumqayıtda yaşayış binasında yanğın olub, xəsarət alan var  |     14:31 DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ  |     14:08 Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundular (YENİLƏNİB)  |     14:01 Azərbaycanda qrip əleyhinə əlavə vaksinə ehtiyac var? - Səhiyyə Nazirliyi AÇIQLADI  |     14:00 Ermənistanda məhbus öz dilini kəsib  |    

Rimas Kurtinaytis: “Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub”

“Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub”.

Bunu “Sabah” klubunun yeni baş məşqçisi Rimas Kurtinaytis “Sərhədçi”yə 96:71 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis yenidən Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib: “Məşqçi karyeramda böyük fasilə yaranmışdı. “Sabah”dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim. Bakı bu illər ərzində çox dəyişib. Basketbol da inkişaf edib”.

63 yaşlı çalışdırıcı keçmiş yetirmələrindən bəzilərinin hələ də oynamasına sevindiyini söyləyib: “Fuad Niftəliyev və Zaur Paşayevin hələ də karyeralarını davam etdirdiklərini görməkdən şadam. Mən özüm 41 yaşımda karyeramı başa vurmuşam. Bu cür basketbolçularla yenidən birlikdə çalışmaqdan məmnunam”.

Rimas Kurtinaytis Azərbaycan basketbolunun inkişafına töhfə verməyə çalışacağını sözlərinə əlavə edib: “İndi hər klubda 6-7 legioner basketbolçu var. 18 il əvvəl vəziyyət belə deyildi. Həmçinin yerlilər də çox artırıblar. Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var. Bu da məni çox sevindirir. Yalnız azarkeş sayının azlığına təəssüflənirəm. “Qala”nın dönəmində oyunlara daha çox tamaşaçı gəlirdi. Düşünürəm ki, azarkeşləri tribunalara cəlb etməyin üzərində çalışmalıyıq”.

O, sabiq yetirməsi Tahir Baxşıyevin Azərbaycan millisinin baş məşqçisi olmasına da münasibət bildirib: “Tahirlə noyabrda Litvada görüşmüşdüm. Onun millinin baş məşqçisi olmasına şadam. Yaxşı məşqçi olub-olmayacağını isə zaman göstərəcək”.

“Sabah”ın baş məşqçisi komandanın gələcək hədəflərindən də bəhs edib: “Avrokuboklarda hədəf daha yüksək olmalıdır. Çempionlar Liqasında iştirak etmək istəyirik. FİBA Avropa Liqasına hörmətsizlik kimi çıxmasın, Çempionlar Liqası daha nüfuzlu turnirdir”.

Qeyd edək ki, Rimas Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan milli komandasının və “Qala” klubunun baş məşqçisi olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            975 02.02.24 20:59