Azərbaycan millisinin baş məşqçisi: “Bütün güclü komandalara qalib gəlmək lazımdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |     14:49 Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB  |     14:32 Sumqayıtda yaşayış binasında yanğın olub, xəsarət alan var  |     14:31 DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ  |     14:08 Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundular (YENİLƏNİB)  |     14:01 Azərbaycanda qrip əleyhinə əlavə vaksinə ehtiyac var? - Səhiyyə Nazirliyi AÇIQLADI  |     14:00 Ermənistanda məhbus öz dilini kəsib  |    

Azərbaycan millisinin baş məşqçisi: “Bütün güclü komandalara qalib gəlmək lazımdır”

“Bu cür turnirdə bütün güclü komandalara qalib gəlmək lazımdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın basketbol üzrə 3x3 qadın millisinin baş məşqçisi Ratomir Deliç Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat mərhələsi barədə danışarkən deyib.

Mütəxəssis B qrupundakı rəqibləri Niderland, Monqolustan və Çilinin güclü komandalar olduqlarını bildirib. Ancaq o, məqsədlərinin bütün matçlarda qələbə qazanmaq olduğunu söyləyib:

“Paris-2024 Olimpiya Təsnifat qruplarında hansı komandaların yer alacaqlarını öncədən bilirdik. İndi isə komandalar qruplara bölünüb və konkret rəqiblərimizi tanıyırıq. Nəzərə alaq ki, bu yarışda cəmi bir yığma olimpiadaya lisenziya qazanacaq. Öz üzərimizdə çalışacaq və bütün rəqiblərə qarşı oynamağa hazır olacağıq”.

Qeyd edək ki, ilk təsnifat oyunları aprelin 12-14-də Honkonqda keçiriləcək. 8 komanda hərəsində 4 yığma olmaqla iki qrupa bölünəcək. Qruplarda ilk iki pilləni tutacaq komandalar yarımfinala adlayacaqlar. Yarışın qalibi olimpiadaya lisenziya əldə edəcək. İkinci təsnifat oyunları isə mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq. Azərbaycan millisi burada Almaniya, Polşa və Tunislə birlikdə A qrupunda yer alacaq. Həmin yarışda 16 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yerin sahibləri 1/4 finala yüksələcəklər. İkinci təsnifat mərhələsini ilk üç sırada tamamlayacaq yığmalar olimpiadaya vəsiqə qazanacaqlar. Azərbaycan millisi ilk təsnifat oyunlarında çempion olsa, ikinci təsnifatda iştirak etməyəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 143 24.01.24 13:31