Yunan-Roma güləşi üzrə Azərbaycan millisi “Zaqreb Open”in qalibi olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:45 Azərbaycanda mikroavtobus vəzifəli şəxsi vurub öldürdü  |     17:23 Azərbaycan minimum əməkhaqqı 600 manat olacaq? - AÇIQLAMA  |     17:21 Ermənilər daha bir mahnımızı oğurladılar: Araşdırma başlandı - FOTO / VİDEO  |     17:18 Azərbaycanda bir kəndə giriş-çıxış bağlandı - SƏBƏB  |     17:16 Qubada DƏHŞƏT: Ata oğlunun asılmış meyitini tapdı  |     15:47 31 yaşlı kişinin meyiti tapıldı  |     15:42 Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb  |     15:22 Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb  |     15:19 "Kurtlar Vadisi"nin məşhur aktyoru öldü  |     15:18 Qubadlıda ağır qəza: Xəsarət alanlar var  |     15:17 Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı  |     15:15 Tanışların mübahisəsi bıçaqlanma ilə bitdi  |     15:03 Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi  |     14:57 İranın yeni seçilən prezidentinin sabah andiçmə mərasimi keçirləcək  |     14:50 Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb  |     14:49 Paris-2024: Növbəti cüdoçumuz da mübarizəni dayandırdı (YENİLƏNİB)  |     14:47 Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..."  |     14:46 Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri - VİDEO  |     14:45 Meşədə çətənə yetişdirən şəxs saxlanılıb  |     14:44 Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib (YENİLƏNİB)  |    

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi “Zaqreb Open”in qalibi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin qalibi olub.

“Report”un məlumatına görə, Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektiv 2 qızıl, 1 bürünc medalla buna nail olub.

Komandamızın heyətində Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Həsrət Cəfərov (67 kq) üçüncü yeri tutub. Murad Məmmədov (63 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) isə 5-ci olaraq yığmanın hesabına xal yazdırıblar.

Nəticədə Azərbaycan millisi 95 xalla komanda hesabında “Zaqreb Open”in ən yaxşısı olub. Macarıstan 90 xalla ikinci, Türkiyə isə 81 xalla üçüncü yeri tutublar.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan yığması 54 xalla komanda hesabında 4-cü olub. Qadınlardan ibarət milli isə 31 xalla 12-ci pillədə qərarlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            963 15.01.24 12:34