Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:11 Azərbaycanda fiziki şəxslərə kredit verilməsi ilə bağlı YENİ QƏRAR  |     12:10 Naxçıvanda mərkəzə direktor TƏYİN OLUNDU  |     12:09 Qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərlə bağlı QƏRAR  |     12:08 Qazax və İmişli sakinləri evlərində ölü tapılıblar  |     12:06 Bakıda avtomobil 5 yaşlı uşağı vurub  |     11:47 Kəlbəcərdə qəza: Yolu keçən gənci maşın vurdu  |     11:46 Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb  |     11:46 Bu gündən məktəbəhazırlıq qruplarında tədris yekunlaşır  |     11:45 Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     11:43 "WhatsApp" qrup çatları ilə bağlı yeni FUNKSİYA - FOTO  |     11:41 Trampla bağlı qərar AÇIQLADI: 136 illik həbs cəzası ala bilər  |     11:39 Yuxuda yıxılma hissinin müalicəsi varmı? - VİDEO  |     11:37 Bakıda iki yeniyetmə binanın damına çıxaraq həyatlarını təhlükəyə atdı - VİDEO  |     11:36 Abşeronda itkin düşən məktəbli tapıldı: "Özü qaçıbmış" - VİDEO  |     11:32 Bakı bulvarından Qız qalasına gedən gizli yol - VİDEO  |     11:28 Elmar Məmmədyarov və Əbülfəs Qarayevdən Şuşada maraqlı söhbət - VİDEO  |     11:24 Şimali Koreya növbəti addımını atır: GPS siqnallarına müdaxilə  |     11:16 İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi  |     22:59 Tənbəlliyə qalib gəlmək üçün ƏN VACİB 5 ADDIM  |     22:51 Meksika ilk dəfə qadın prezident seçəcək  |    

Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib olmayacaqlar.

Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir.

Səpələnmişlər: ”Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Atletiko”, “Barselona”, “Real”, “Real Sosyedad” (hamısı İspaniya), “Bavariya”, Dortmund “Borussiya”sı (hər ikisi Almaniya).

Səpələnməmişlər: ”Kopenhagen” (Danimarka), “İnter”, “Latsio”, “Napoli” (hər üçü İtaliya), “Leypziq” (Almaniya), PSJ (Fransa), “Portu” (Portuqaliya), PSV (Niderland).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 146 18.12.23 12:43