Azərbaycan millisinin baş məşqçisi: "İkinci qolu vurmaq üçün vaxt çatmadı" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs  |     21:20 Bakıda fərdi yaşayış evində yanğın baş verib  |     21:11 Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - Ekspert açıqladı  |     21:01 İstehlak kreditləri 8 milyarda çatıb: Böyük pullar Azərbaycandan necə çıxır?  |     20:56 Alimlər tullantı sularında plastiki məhv edən bakteriyalar tapdı - İnqilabi kəşf  |     20:47 Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı  |     20:42 Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı  |     20:36 Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi  |     20:31 Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)  |     20:23 Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir  |     20:17 Şagirdlər arasında təhsildən yayınma halları niyə artıb?  |     20:10 Alimlər istənilən yadplanetli sivilizasiyaya son qoya biləcək amili açıqladı  |     20:02 Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı  |     19:58 40 yaşından sonra necə düzgün makiyaj etmək olar?  |     19:50 Çaya bir dilim limon atmaq belə təhlükəli ola bilər - İDDİA  |     19:44 Sumqayıtda marketdən 3 minlik energetik və spirtli içki oğurlandı  |     19:33 Lukaşenko inəyə abidə ucaltmaq istəyir  |     19:25 İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb  |     19:19 Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək  |     19:13 Gədəbəydə kişi atdan yıxılıb öldü  |    

Azərbaycan millisinin baş məşqçisi: "İkinci qolu vurmaq üçün vaxt çatmadı"

“Monteneqro və Malta milliləri bizimlə eyni gücdə olan komandalardır. Məqsədimiz bu oyunlardan qalib ayrılmaq idi. Monteneqro ilə matçda səhvlər buraxdıq və nəticədə 0:2 hesabı ilə məğlub olduq".

"Report"un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Bakıda Maltaya 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ilk hissədə yaxşı oynadıqlarını bildirib: "Təəssüf ki, istədiyimiz qolu vura bilmədik. Fasilədən sonra səhv etdik və qapımıza penalti təyin edildi. Qoldan sonra oyunda dönüş yaratmaq çox çətindir. Çünki komanda ruhdan, oyundan düşür".

Əsgərov vaxt azaldıqca sistemdə bəzi dəyişikliklər etdiklərini söyləyib: "Bundan sonra komandam daha çox hücum etməyə başladı. Rəqib müdafiədəki boşluqdan istifadə edib ikinci qolu vurdu. İkinci qoldan dərhal sonra hesab arasındakı fərqi azaltmağa müvəffəq olduq. Təəssüf ki, ikinci qolu vurmaq üçün vaxt çatmadı. Oyunun son dəqiqələrində yüz faizlik qol imkanını boşa verdik”.

Malta yığmasının baş məşqçisi Mark Antoni Qatt isə hər iki komandanın ifasında rəqabətli oyun izlədiklərini vurğulayıb: "Qələbə qazanmaq istəyirdik. Bizim üçün çox çətin oyun oldu. Bununla belə, qalib gəlməyi bacardıq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            720 26.10.21 22:51