Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Braziliyalı hücumçu: "Ən böyük hədəfim "Neftçi" ilə çempion olmaqdır"

26.10.2021 20:50 3 477
Braziliyalı hücumçu:
"Həqiqətən də uyğunlaşmaqla bağlı yaxşı mənada təəccübləndim. Çünki "Neftçi"yə gələndən sonra burada mənimlə eyni dildə danışan çox futbolçu ilə tanış oldum. Bu isə adaptasiya prosesini tezləşdirdi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Ramon Maçado paytaxt təmsilçisinə adaptasiyası barədə klubun rəsmi televiziyasına müsahibəsində deyib.

"Ağ-qaralar"a keçidindən sonra 2 qol vurduğunu deyən braziliyalı hücumçu bunu gözləmədiyini bildirib: "Düşünürdüm ki, baş məşqçi mənə hələ çox gec şans verəcək. Amma artıq ikinci oyunda meydana çıxdım və növbəti matçlarda fərqləndim. Bütün bunlara görə sevinirəm".

30 yaşlı forvard Azərbaycanda yaşadığı, "Neftçi" kimi klubda oynadığı və bu cür komanda yoldaşlarının olduğuna özünü xoşbəxt hiss etdiyini söyləyib: "Hər şey qaydasındadır. Əlimdən gələni etməyə çalışacağam ki, "Neftçi"nin ötən mövsüm qazandığı uğuru təkrarlayaq. Düşünürəm ki, doğru yoldayıq".

Təcrübəli forvardın sözlərinə görə, yeni komandasında fərdi hədəfləri yoxdur: "Bütün məqsədim komanda ilə bağlıdır. Ən böyük hədəfim bu mövsüm "Neftçi" ilə çempion olmaqdır".

Maçado bildirib ki, "Neftçi"yə keçməzdən öncə klub barədə məlumat əldə edib: "Bilirəm ki, bu klubda böyük uğurlar qazanmış, "Neftçi"nin tarixinə düşmüş braziliyalı futbolçular olub. Həm klubun, həm də azarkeşlərin mənə olan etimadını doğrultmaq, özümdən öncəki həmyerlilərimin uğurlarını təkrarlamaq üçün əlimdən gələni edəcəyəm".

Futbolçu "Neftçi"də daha yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: "Burada çox xoşbəxtəm, amma bundan da xoşbəxt olacağımı gözləyirəm. İki qol vurduğum üçün şadam. Lakin bilirəm ki, daha çox şey edə bilərəm. Bizi qarşıda çox oyun gözləyir. Çalışacağam, bacardığım qədər qollar vurum və "Neftçi" ilə çempionluq yaşayım".скачать dle 11.3
Mojo.az Banner