"Grand Chess Tour": Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

"Grand Chess Tour": Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 9 görüş keçirib.

Rapiddən sonra qrossmeyster bu dəfə blits oyununda qüvvəsini sınayıb.

İlk 3 görüşdə müvafiq olaraq Alireza Firuzca (FIDE), Uesli So (ABŞ) və Yan Nepomnyaşiyə (Rusiya) uduzan Rəcəbov, 4-cü oyunda Fabiano Karuanaya (ABŞ) qalib gəlib. 34 yaşlı şahmatçı növbəti iki görüşünü heç-heçə ilə başa vurub. O, əvvəlcə Riçard Rapport (Macarıstan), ardınca isə Maksim Vaşye-Laqravla (Fransa) xalları yarı bölüb.

Rəcəbov daha sonra Petr Svidler (Rusiya) və Levon Aronyanla (Ermənistan) duellərdən məğlub ayrılsa da, son qarşılaşmada Vladimir Kramnik (Rusiya) üzərində qələbə qazanıb.

Beləliklə, təcrübəli şahmatçı günü 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, Teymur Rəcəbov hazırda 11 xalla 9-cu pillədə qərarlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            612 21.06.21 21:35