Bu ilin yanvar-may aylarında Azərbaycan 199,7 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% çoxdur.
5 ay ərzində Azərbaycanın əczaçılıq məhsullarının ixrac dəyəri isə 523 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 39,5% çoxdur.
Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,55 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.