"Legiya"ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmə istəyidir".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının rəsmi saytına açıqlamasında bu komandaya keçidi barədə danışarkən deyib.
24 yaşlı hücumçu bildirib ki, Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır: "Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb.