İsveçrə Ədliyyə Nazirliyi Super Liqada qalan üç klub - “Real”, “Barselona” və “Yuventus”un müdafiəsinə qalxıb.
Bu barədə “Cadena Ser” məlumat yayıb.
Agentlik FIFA və UEFA-ya rəsmi bildiriş göndərərək bu klublara sanksiya tətbiq olunmaması üçün xəbərdarlıq edib.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən klublara qarşı intizam işi açılıb və UEFA onların avrokuboklardan kənarlaşdırılma ehtimalını istisna etməyib.