Azərbaycanlı futbolçu Mahir Emrelinin oynayacağı Polşanın “Leqiya” klubunda koronavirus aşkarlanıb.
Varşava komandasının özbəkistanlı futbolçusu Cəsurbəy Yaxşıboyevdə SARS-CoV-2 virusu müəyyənləşib.
Belə ki, futbolçunun Polşaya gəlməzdən əvvəl verdiyi testin nəticəsi pozitiv çıxıb. 23 yaşlı sağ cinah oyunçusu indi özünü yaxşı hiss edir. O, növbəti həftə karantin müddətini başa vuraraq komandaya qoşulacaq.
Qeyd edək ki, Mahir Emrelinin bu gün tibbi baxışdan keçdikdən sonra Polşa çempionu “Leqiya” ilə 3+1 illik müqavilə bağlayacağı gözlənilir. Millimizin futbolçusu yeni klubunda 11 nömrəli formanı geyinəcək.