Avropa Velosiped İdmanı İttifaqı (UEC) Minskdə keçiriləcək “Avropa Velosiped Çempionatı-2021”ı təxirə salmaq qərarına gəlib.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Bundan əvvəl Almaniya və Niderland komandaları Belarus paytaxtına getməkdən imtina etmişdilər. Həmin ölkələrin milli idman federasiyalarının bu qərarı verməsinə səbəb “Ryanair” təyyarəsinin Minskə təcili enişi ilə bağlı hadisədən sonra Avropa İttifaqı ölkələri ilə Belarus arasında hava nəqliyyatının məhdudlaşdırılması olub.
“Beynəlxalq müzakirəyə çevrilən vəziyyəti Belarus Velosiped İdmanı Federasiyası (BFVS) ilə birlikdə izlədik və bu gün idarə heyəti iclasında Minskdəki tədbiri təxirə salmaq qərarına gəldik”, - deyə qurumun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, velosiped idmanı üzrə dünya çempionatı Minskdə 23-27 iyun tarixlərində keçirilməli idi.