Millimiz Türkiyəyə uduzdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

Millimiz Türkiyəyə uduzdu

Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olub.

Alanyadakı Oba stadionunda oynanılan matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı Azərbaycan yığması açıb. 28-ci dəqiqədə Emin Mahmudov komandasını önə keçirib. 34-cü dəqiqədə Halil Dervişoğlu bərabərlik qolunu vurub. 44-cü dəqiqədə isə Kaan Ayhan fərqlənib.

Qarşılaşma "Sumqayıt"ın futbolçusu Murad Xaçayev və "Qarabağ" klubundan Toral Bayramov üçün əlamətdar olub. Hər iki oyunçu ikinci hissədə meydana çıxmaqla yığmada debüt edib.

Azərbaycan millisi iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

Qeyd edək ki, Türkiyə yığması AVRO-2020-dəki iki oyununu Bakıda keçirəcək. Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            555 27.05.21 23:05