"Bütün finallara çıxacağıma inanıram. Amma əsas ümidim fərdi proqramla bağlıdır".
Bu fikirləri Türkiyə gimnastı Ayşe Begüm Onbaşı Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatındakı çıxışı barədə danışarkən deyib.
Gənclər arasında dünya və Avropa çempionu rəqabətdən çəkinmədiyini bildirib: "Yenidən Bakıda olduğum və bu yarışda çıxış etdiyim üçün xoşbəxtəm".
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan Dünya çempionatı mayın 24-də başa çatacaq.