BOS-da 7 piyada keçid məntəqəsi tikilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

BOS-da 7 piyada keçid məntəqəsi tikilib

Bakı Olimpiya Stadionunda (BOS) azarkeşlər üçün ümumilikdə 7 piyada keçid məntəqəsi tikilib.

Bu barədə "Report"a BOS-un Mətbuat katibi Fərid Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, obyektlər 1 dəqiqə ərzində orta hesabla 250 nəfərin stadiona keçidini təmin edəcək: "Öncəki oyunlar zamanı arenanın ərazisində çadırlar qurulurdu və yoxlanış aparatları, təhlükəsizlik avadanlarıqları oraya gətirilirdi. Bunlar isə tikilidir və daim stadionda olacaq. Aparatlar da içərisində qalacaq. Daha çadırlara ehtiyac duyulmayacaq".

Əsədzadə bildirib ki, yeni piyada keçid məntəqələri həm hüquq-mühafizə orqanlarının, həm könüllülərin, həm də gələn qonaqların işini rahatlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, "2020-ci il Dövlət Büdcəsinin İcrası haqqında" Qanun Layihəsində keçid məntəqəsinin tikintisinə 3,5 milyon manat sərf olunduğu əksini tapıb.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            612 24.05.21 20:41